Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiya yaratdı

23 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya yaradılıb.

Ölkənin Nazirlər Kabinetindən verilən məlumata görə, müvafiq fərmanı respublikanın baş naziri Nikol Paşinyan imzalayıb.

Komissiyaya baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək.

Həmçinin, komissiyanın tərkibinə xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan, beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə Yeqişe Kirakosyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arakel Martikyan, Kadastr Komitəsinin rəis müavinləri Narine Avaqyan və Aram Quqarats, Milii Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarının komandiri Arman Maralçyan, MTX departamentlərindən birinin rəisi (D.Sanamyan) və Ermənistan Silahlı Qüvvələrinin Hərbi Topoqrafiya xidmətlərinin rəisi Sergey Petrosyan daxil olacaq.

// Oxu.az

Oxşar xəbərlər
OTACI