Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Daha 10 il oynayaq və daha çox pul oğurlayaq!" - İbrahimoviç

23 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç komandasının İtaliya A Seriyasında çempionluğunu şərh edib. 

Press.az fanat.az-a istinadla xəbər verir ki, 40 yaşlı futbolçu "Calciomercato" nəşrinə bu barədə belə danışıb: 

"Əladır, 11 il əvvəl "Milan" liqanı qazanan zaman mən burada idim və indi yenidən bu klubla birlikdəyəm.

Mən bura söz verib gəlmişəm və ona əməl etmişəm. Yenə çempion olacağımızı deyəndə çoxları güldü, amma çox çalışdıq və nəticə üçün əziyyət çəkməyin nə demək olduğunu göstərdik.

Bu qələbəni Mino Rayolaya həsr edirəm. O, "Milan"a getməyimi istəyənlərdən biri idi və klubu xilas edə biləcək yeganə adam olduğumu söyləmişdi. 

Rayola indi burada olsaydı, bilirsiniz nə deyərdi? Deyərdi ki, gəlin daha 10 il oynayaq və daha çox pul oğurlayaq!"

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI