Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Salyanda motosiklet traktorla toqquşub, yaralanan var

23 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Salyan rayonunda motosikletlə traktorun toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Dayıkənd kənd ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Rəhimov Məzahim Məcnun oğlunun idarə etdiyi motosiklet qarşıda gedən traktora çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü və onun yanında oturan daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bir nəfərə hadisə yerində ilkin yardım göstərilib, motosikletin sürücüsü isə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Press.az

Oxşar xəbərlər
OTACI