First slide

Masallıda avtomobil 14 yaşlı velosipedçini vurdu

22 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Masallıda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Press.az xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb.

2008-ci il təvəllüdlü Ağayev Arif Elman oğlu velosipedlə hərəkətdə olarkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona müştərək və açıq-kəllə beyin travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI