Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bütün futbol camiəsi sağ olsun” - Qurban Qurbanov

21 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Futbolçularım çox yaxşı mövsüm keçirdilər. Sona qədər eyni istək, qalib hissi çox vacib idi. Onların hər biri alqışalayiq idi. Möhtəşəm azarkeşlərimizə, bütün komandalara təşəkkür düşür. Rəqiblərin sona qədər bizə qarşı istəkli olmalarını hiss elədik. Yaxşı oyun göstərməyimizdə onların da rolu oldu, bizi daha çox düşünməyə məcbur elədilər. Bütün futbol camiəsi sağ olsun”.

Press.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının sonuncu turunda "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. 

O, Ağdam təmsilçisi ilə yeni müqavilə imzalayan Kevin Medinanın adının hələ də Türkiyə klubları ilə hallanmasına münasibət bildirib: "Məndə olan məlumata görə, Türkiyədən bir neçə klub Medina ilə maraqlanıb. Amma onunla müqaviləni uzatdıq. Özünün də burada qalmaq istəyi çoxdur. Buranı özünə evi, ailəsi kimi hiss edir. 

Mütəxəssis "Qarabağ"da qazandığı  çempionluqlardan hansının onun üçün daha yaddaqalan olması ilə bağlı deyib: "İlk çempionluq həmişə daha yaddaqalan olur. Məşqçi və futbolçu kimi də ilklər həmişə daha çox yaddaqalan olur. Mənim üçün bütün çempionluq dəyərlidir. Bu adı qoruyub saxlamaq çox vacibdir. Belədə qarşıdakı mövsüm daha önəmli olur".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI