Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkdilli xalqların ictimai fəalları ABŞ-da izdihamlı yürüş keçirib

22 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən 39-cu Türk Günü və Festivalı çərçivəsində türkdilli xalqların ABŞ-da yaşayan icmalarının fəallarının izdihamlı yürüşü təşkil edilib.

Press.az Report-a istinadla xəbər verir ki, Manhetten adasında baş tutan izdihamlı yürüşdə bayraqlarla bəzədilmiş maşınlar şəhərin əsas meydan və küçələrində dövrə vurublar.

Yürüşdə Azərbaycanın Vaşinqtodakı səfiri Xəzər İbrahim və Türkiyənin səfiri Həsən Murad Mərcan da iştirak edirlər. Azərbaycan icması da yürüşə xüsusi bəzədilmiş avtomobil karvanı ilə qatılıb.

İzdihamlı yürüş davam edir.

Oxşar xəbərlər
OTACI