First slide

İsveçin baş naziri: “PKK-nın terrorçu təşkilat kimi tanınmasını dəstəkləyirik”

22 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsveçin baş naziri Maqdalena Andersson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətindən sonra açıqlamalar verib.

Türkiyə ilə ikitərəfli əlaqələrin gücləndirilməsini səbirsizliklə gözlədiklərini ifadə edən Andersson, PKK-nın terrorçu təşkilatlar siyahısına salınmasını açıq şəkildə dəstəklədiklərini bildirib.

 “İsveçin beynəlxalq terrorla mübarizəni alqışladığını vurğuladım. Bu mübarizədə PKK-nın terrorçu təşkilatlar siyahısında olmasını açıq şəkildə dəstəklədiyimi bildirdim”, -deyə hökumət başçısı SVT dövlət televiziyasının efirində bəyan edib.

O, həmçinin “Twitter” hesabında “Türkiyə prezidenti Ərdoğan ilə İsveçin NATO-ya üzvlüyü ilə bağlı bugünkü görüşü yüksək qiymətləndiririk. Sülh, təhlükəsizlik və terrorla mübarizə də daxil olmaqla ikitərəfli əlaqələrimizi gücləndirməyi səbirsizliklə gözləyirik”, - yazıb.//oxu.az

Oxşar xəbərlər
OTACI