Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Britaniya XİN: “Moldova NATO standartlarına uyğun silahlanmalıdır”

22 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bəyan edib ki, Moldovanın Rusiyanın potensial hücumuna davam gətirə bilməsi üçün NATO standartlarına uyğun silahlanması lazımdır.

Onun sözlərinə görə, Britaniya və müttəfiqləri artıq kiçik dövlətlərə, xüsusən də Moldovaya Rusiyadan gələn hərbi təhlükədən qorunmağa necə kömək etməyin yollarını müzakirə edirlər.

“Mən Moldovanın NATO standartlarına uyğun silahlanmasını istərdim. Biz indi bunu müttəfiqlərlə müzakirə edirik”, - deyə Britaniyanın xarici işlər naziri bildirib.

O, Rusiyanın Moldovanın təhlükəsizliyinə təhdid yaratdığını qeyd edib.

“Putin Rusiyanın ərazisini genişləndirmək ambisiyalarını açıq şəkildə bəyan edib. Onun Kiyevi ələ keçirmək cəhdlərinin uğursuz olması onun bu ambisiyalarından əl çəkməsi demək deyil”, - XİN rəhbəri əlavə edib.//oxu.az

Oxşar xəbərlər
OTACI