Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Biabırçılıq! Azyaşlıları bir yerə yığıb porno video izlətdi - AZƏRBAYCANDA ŞOK

21 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İmişlidə azyaşlılara pornoqrafik video izlədən şəxs məhkəmə qarşısına çıxarılıb.

Press.az APA-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, şübhəli şəxs M. Abbasov barəsində cinayət işi açılaraq baxılması üçün məhkəməyə göndərilib.

İmişli Rayon Məhkəməsinin qərarı ilə M. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, hadisə rayonun Rəsullu kəndində qeydə alınıb. Kənddə market işlədən M. Abbasovun azyaşlılara pornoqrafik videolar izlətməsi barədə polisə məlumat daxil olub.

M. Abbasovun video izlətdiyi azyaşlılardan birinin yaxınları isə bir neçə gün əvvəl onun marketinə hücum edib.

Oxşar xəbərlər
OTACI