Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qurban Qurbanov "Neftçi" üzərində qələbəni şərh etdi

21 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda çempionluğu əvvəlcədən rəsmiləşdirən "Qarabağ" öz meydanında gümüş mükafatçı "Neftçi"ni qəbul edib.

Press.az fanat.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında 4:1 hesablı qələbəni şərh edib:

"Futbolçularımı təbrik edirəm. Təkcə çempionluğa deyil, həm də oyunlarına görə. Necə başladıqsa, elə də bitirdik. Mövsüm ərzində sabit qalmaq önəmli idi. Futbolçularım istəkli idilər. Buna görə onlara təşəkkür düşür. Səbirsizliklə medalları gözləyirlər. Uğur qazanmaq asan, onu qoruyub-saxlamaq isə çətindir. Bütün diqqətimiz növbəti mövsümə yönəlməlidir".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI