Böyük Britaniyadan Ukraynaya göndərilən böyük yardım paketinə daxil olan “Brimstone” gəmi əleyhinə raketləri Donbassın şərqində hadisələrin “dinamikası”nı müsbət dəyişib.
Press.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti müdafiə nazirinin müşaviri Ben Mursa istinadən məlumat yayıb.
Onun sözlərinə görə, tank əleyhinə raketlər hətta cəbhə xəttindən bir neçə mil aralıda olsa belə, Rusiyanın “həssas” birləşmələri üçün ciddi təhlükə yaradır.
Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi Britaniya raketlərinin uğurlu istifadəsini əks etdirən videoları artıq paylaşıb. Kadrlarda ukraynalı müdafiəçilərin düşmən hədəflərini necə vurduğu göstərilir: hər iki texnika məhv edilib, onlardan biri partladılıb.
Zeynab Hüseyn