Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Haaland "Borussiya"nın bütün işçilərinə bahalı saat aldı

21 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bir neçə gün öncə "Borussiya"dan (Dortmund) "Mançester Siti"yə keçən Erlinq Haaland sabiq klubunun bütün işçilərinə bahalı hədiyyələr alıb.

Press.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 21 yaşlı norveçli forvard bütün heyətə və məşqçilərinə 13-15 min avro dəyərində olan "Rolex" qol saatları hədiyyə edib. Hücumçu saatları iki ədəd limuzinlə Almaniyaya gətirib.

Bütün saatlar üç fotoşəkillə bəzədilmiş xüsusi qutuda təqdim edilib.

Bundan əlavə, hədiyyələr "Borussiya"nın 20-dən çox əməkdaşına - fizioterapevtlər, aşpazlar və məsləhətçilərə də çatıb. Haaland onlara 7000-9500 avro dəyərində "Omega" saatı alıb. Ümumilikdə, Erlinq hədiyyələr üçün təxminən 600 min avro xərcləyib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI