First slide

Azərbaycanda çöl ərazidə meyit tapılıb - Gənc və ya yeniyetmə olduğu ehtimal olunur

21 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şirvanda çöl ərazidə meyit tapılıb.

Press.az APA-ya istinadla xəbər verir ki, səhər saatlarında Şirvan şəhərinin kənarında yerləşən dəmir yolu stansiyası yaxınlığında şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb.

Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə yerləşdirilib. Vizual baxış zamanı onun gənc və ya yeniyetmə yaşında olduğu ehtimal olunur.

Hüquq-mühafizə orqanların tərəfindən gəncin hansı şəraitdə öldüyü və meyitin kimə məxsus olması barədə araşdırma aparılır.

+++

Şirvanda dəmir yolu stansiyası yaxınlığında tapılan meyitin kimliyi bilinib. Məlum olub ki, Şirvan sakini, 17 yaşlı Ələkbərov Əli İxtiyar oğlu elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Oxşar xəbərlər
OTACI