Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kanada rusiyalılara qarşı yeni sanksiyalar tətbiq edib

20 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kanada Rusiya oliqarxları və onların ailələri də daxil olmaqla 14 rusiyalıya qarşı sanksiyalar tətbiq edib və Ukraynanı işğal etdiyi üçün Rusiyaya dəbdəbəli malların ixracını qadağan edib.

Bu barədə Kanada Xarici İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

Yeni sanksiyalar 14 nəfərə, o cümlədən rusiyalı oliqarxlara, onların ailələrinə və Putin rejiminin yaxın adamlarına məhdudiyyətlər qoyur.

Nazirliyin bəyanatında deyilir ki, bu şəxslər Vladimir Putinin Ukraynadakı müharibəsinə birbaşa qatqı veriblər və Ukrayna xalqının ağrı və iztirablarına görə məsuliyyət daşıyırlar.

Bundan başqa, sanksiyalar həmçinin Rusiyadan dəbdəbəli malların idxalına da qadağa qoyub.

Bu məhsullara spirtli içkilər, tütün məmulatları, bəzi tekstil və idman geyimləri, ayaqqabılar, dəbdəbəli geyimlər və aksessuarlar, zərgərlik məmulatları, şüşə məmulatlar və incəsənət əşyaları daxildir.

Kanada eyni zamanda Rusiyadan dəniz məhsulları, balıq və qeyri-sənaye almazları kimi dəbdəbəli məhsulların idxalını da qadağan edib. Bu kateqoriyalar üzrə məhsullar 2021-ci ildə 75,7 milyon dollar təşkil edirdi.

Kanada hökuməti həmçinin Rusiya tərəfindən silah istehsalı və istehsalında istifadə edilə bilən məhsulların ixracına qadağa qoyub.

Kanada hökumətinin bəyanatında deyilir: "Ümumilikdə bu tədbirlər Rusiya rejiminə onun Ukraynaya əsassız işğalını dayandırmaq üçün əlavə təzyiq göstərməyə kömək edəcək".

//Ukrainskaya pravda

Oxşar xəbərlər
OTACI