Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

G7-dən Ukraynaya 19,8 milyard dollar dəstək

20 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri bu il Ukrayna üçün 19,8 milyard dollar ayırdılar.

Almaniyada keçirilən toplantıdan sonra ABŞ, Almaniya, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri birgə bəyanatla çıxış ediblər.

G7-nin Ukraynaya dəstək verməyə qərarlı olduğu vurğulanan bəyanatda, Ukraynanın maliyyə çatışmazlığının aradan qaldırılmasına və Ukrayna xalqına əsas xidmətlərin çatdırılmasına kömək etmək üçün bu il 19,8 milyard dollarlıq büdcə dəstəyinin səfərbər edildiyi bildirilib.

Bəyanatda deyilir:“Biz “Böyük Yeddilik” və beynəlxalq maliyyə institutları arasında davam edən işi, xüsusən də Ukraynaya daha çox maliyyənin ayrılması, o cümlədən Avropa Komissiyasının 9 milyard avroya qədər əlavə makro-maliyyə yardımı təklifini alqışlayırıq”.

Zeynab Hüseyn

Press.az

 

 


 

 

Oxşar xəbərlər
OTACI