Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda tərəvəz qiymətləri niyə bahadır?

20 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hazırda ölkədə ən çox müzakirə olunan mövzulardan biri tərəvəz qiymətlərinin dəyərindən baha olmasıdır. Ötən illərlə müqayisədə bu il tərəvəz qiymətlərində xeyli artım müşahidə edilir.

Bəs ölkədə tərəvəzlərin qiyməti niyə bahadır?

“Mövsümlə əlaqədar olaraq müəyyən qədər məhsulların qiymətlərində dəyişiklik tendensiyasını müşahidə edirik. Lakin əvvəlki illərlə müqayisədə bu il qiymətlər xeyli artıb”.

Bunu açıqlamasında iqtisadçı Cəfər İbrahimli deyib.  

Onun sözlərinə görə, bu il ixrac-idxal əməliyyatlarında çox böyük dəyişiklik yoxdur:

“Yəni, ixrac artmış olsa, məhsul daha çox xaricə ixrac edilsə, ölkənin daxilində yaranan tələbi qarşılamaq səbəbilə qiymətlər yüksəlmiş olar. Burada elə də ciddi dəyişiklik yoxdur. İdxalda isə təxminən 5-6% qiymət artımı var”.

O, bazarlarda müşahidə edilən qiymət artımının səbəbi kimi hava şəraitini və meyvə-tərəvəz istehsalı üçün istifadə edilən məhsulların qiymətinin bahalaşmasını göstərib: “Hava şəraitinin anormal olmasının da birmənalı olaraq meyvə-tərəvəz istehsalına mənfi təsir edəcəyi gözləniləndir. Qiymət artımının bir hissəsi bununla bağlıdır.

Tərəvəz istehsalı üçün istifadə olunan dərman, toxum və gübrənin də qiymətinin bahalaşması istehsal xərclərinin artmasına və bu da qiymətlərin dəyişməsinə gətirib çıxara bilir”.

Lakin Cəfər İbrahimlinin sözlərinə görə, bütün bu faktorlar belə, qiymətlərin bu qədər artması üçün zəmin yaratmır:

“2019-2020-ci illərin eyni dövrünün rəsmi rəqəmləri ilə müqayisə etdikdə bu ilin may ayında qiymətlərdə yüksəliş çoxdur”.

//Nargin.az

Oxşar xəbərlər
OTACI