Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezident Gündüz Kərimovu sədr təyin etdi (SƏRƏNCAM)

20 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri
Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Müşahidə Şurasının üzvləri
Şahin Əliyev – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru
Humay Əfəndiyeva – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi
Xalid Qasımlı – Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri
Fərid Hacıyev – Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri

// Valyuta.az

Oxşar xəbərlər
OTACI