Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı klubundan Rauf Əliyevə yeni təklif

20 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan millisinin keçmiş hücumçusu Rauf Əliyev karyerasını bitirə bilər. 

Futbolçu kimi Raufun xidmətində maraqlı olmayan "Səbail" ona yeni təklif irəli sürüb. 

Bayıl klubu 33 yaşlı futbolçuya karyerasını başa vuraraq akademiyada məşqçi işləməyi təklif edib. "Səbail" rəhbərliyi onun Bayıldan olmasını nəzərə alaraq, təmsil etdiyi qəsəbənin komandasında çalışmasına imkan yaratmaq fikrindədir. 

Əliyevin bu jestə necə qarşılıq verəcəyi - futbolçu kimi hansısa kluba keçəcəyi, yoxsa məşqçiliyə başlayacağı qarşıdakı günlərdə bəlli olacaq.

Qeyd edək ki, karyerası ərzində "Qarabağ", "Bakı", "Xəzər Lənkəran", "Neftçi", "İnter", "Qəbələ", "Kukesi" (Albaniya) klublarında çıxış edən Rauf Əliyev 2020-ci ilin əvvəlindən "Səbail"də oynayır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI