Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Pakistanla gələcəyimizi sağlamlaşdıracağıq" - Ərdoğan

20 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Müdafiə sənayesindəki təcrübəni dostlarımızla bölüşmək iradəmizin bir işarəsi olan Pakistan MİLGEM Layihəsini daha böyük əməkdaşlığın xəbərçisi kimi qəbul edirəm” .

Press.az xəbər  verir ki,Türkiyə prezidenti  MİLGEM layihəsindən danışarkən dünyaya bu mesajı verib:

"Türkiyə və Pakistanın köklü tarixi əlaqələrinin ən bariz məhsullarından biri kimi gördüyüm bu layihənin ölkələrimiz üçün faydalı olmasını arzu edirəm. Müdafiə sənayesi sahəsində biliklərimizi dostlarımızla bölüşmək iradəmizin əlaməti olan Pakistan MİLGEM Layihəsini daha böyük əməkdaşlığın xəbərçisi kimi qəbul edirəm.Ölkəmizin hazırladığı ən müasir silah və sensor sistemlərlə təchiz edilmiş bütün bu gəmilərin istehsal prosesləri planlaşdırıldığı kimi davam edir. Hava hücumundan sualtı müdafiəyə qədər hər cür hərbi tapşırığı yerinə yetirə bilən bu 4 gəminin tədarükləri 2023-cü ilin avqust ayından başlayaraq 6 aylıq fasilələrlə həyata keçiriləcək. Pakistanlı qardaşlarımızla birlikdə həyata keçirdiyimiz vertolyotlardan tutmuş təyyarələrə qədər daha çox müdafiə sənayesi layihələri var. Bunları addım-addım reallaşdırmaqla biz dostluğumuzu möhkəmləndirəcək, ümumi gələcəyimizə aparan yolları möhkəmləndirəcəyik."


 

 

Oxşar xəbərlər
OTACI