Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Ağzını yaxala, sənə hörmət etmirəm" - Rişarlison

20 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Everton"un hücumçusu Rişarlison de Andrade "Liverpul"un və İngiltərə millisinin sabiq müdafiəçisi Ceymi Karragerin tənqidlərinə cavab verib.

24 yaşlı braziliyalı forvard şəxsi "Twitter" hesabında belə yazıb:

"Karrager, məndən və "Everton"dan danışmamışdan əvvəl ağzını yaxala. Mən sənə hörmət etmirəm".

Bu mövsüm "Everton" formasıyla 30 oyuna çıxan Rişarlison 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Liverpul klubu ilə olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. "Transfermarkt" portalı cənubi amerikalının transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.

Bu mövsüm "Everton"un İngiltərə Premyer Liqası ilə vidalaşmayacağı dəqiqləşib. Frenk Lempardın çalışdırdığı kollektiv "Kristal Pelas"ı 3:2 hesabı ilə yenərək sona bir tur qalmış elitadakı yerini qoruyub.//fanat.az

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI