First slide

BMT Azərbaycanı dəstəkləyir

19 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans başlayıb.

Press.az xəbər verir ki, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos konfrans iştirakçılarına videomüraciət ünvanlayıb. O, Şuşada keçirilən tədbirdə iştirak edə bilməməsinə görə təəssüfləndiyini bildirib.

Ölkəmizlə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiyini deyən Moratinos sülh çağırışları edən Azərbaycanı dəstəklədiklərini vurğulayıb. Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə tarixi irsi bərpa etmək, eyni zamanda, mədəni ruhu geri qaytarmaq üçün hər şeydən əvvəl sülhü bərpa etmək lazımdır.

Bundan əlavə, ali nümayəndə sülh anlayışının və sülh naminə fəaliyyətlərin daha sıx şəkildə önə sürülməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycanın əlaqələri haqqında da fikirlərini bölüşən Moratinos ölkəmizin beynəlxalq sülh çağırışlarını yüksək qiymətləndirib. 

“Müxtəlif mədəniyyətlər arasında anlaşma yaratmaq, sülhü təbliğ etmək üçün birgə çalışmalıyıq”, - BMT rəsmisi vurğulayıb.

Oxşar xəbərlər
OTACI