First slide

Alimpaşa Məmmədovun həbs müddəti bir neçə ay uzadıldı

19 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Baş Prokurorluq Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov barəsindəki həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edib.

Təqdimatda seçilmiş həbs-qətimkan tədbirinin uzadılması istənilib.

Səbail Rayon Məhkəməsi təqdimatı təmin edərək, Alimpaşa Məmmədovun həbs müddətinin daha beş ay uzadılması ilə bağlı qərar verib.

Qanuna görə, istintaq orqanı tərəfindən aparılan ibtidai istintaq 13 ay ərzində başa çatmadığı halda baş prokuror və ya onun birinci müavini istintaqın daha altı ay uzadılması ilə bağlı məhkəməyə təqdimat verə bilər.

Xatırladaq ki, Alimpaşa Məmmədov ötən il aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

//APA

Oxşar xəbərlər
OTACI