Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda məktəbdə şagird BIÇAQLANDI

19 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

218 saylı orta məktəbin direktoru Əbülfət Bağırov məktəbdə şagirdlər arasında baş verən hadisəyə münasibət bildirib.

Press.az xəbərinə görə, Əbülfət Bağırov "Unikal"a açıqlamasında bildirib ki, hadisəni törədən şagird həmin gün dərsdə olmayıb:

"Sonradan o, məktəbə pəncərədən daxil olub. Həmin şagirdlər əvvəldən bir-birilərini tanıyıblar. Onlar arasında mübahisə yaranıb. Nəticədə məktəbin sanitar qovşağında 9-cu sinif şagirdi məktəb yoldaşına xəsarət yetirib.

Hadisəni törədən şagird çox narahat uşaqdır. Uşağa ata nəzarəti yoxdur. Anası türkə ərə gedib. Türk də onu qoyub, gedib. Hadisədən sonra biz məktəbə Təcili Tibbi Yardım da çağırdıq. Xəsarət alan şagirdin atası da məktəbə gəldi. Uşaq bildirdi ki, hadisə onlar öz aralarında zarafat edərkən baş verib", - deyə direktor qeyd edib.

Oxşar xəbərlər
OTACI