Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avroliqanın qalibi müəyyənləşdi - Yenilənib

19 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünün final oyunu keçirilib.

Press.az xəbər verir ki, həlledici matçda "Ayntraxt" (Frankfurt, Almaniya) "Reyncers"lə (Şotlandiya) üz-üzə gəlib.

İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə "Ayntraxt" daha dəqiq olub (5:4) və Avropa Liqasını qazanıb.

Qeyd edək ki, Avropa Liqasının son qalibi "Vilyarreal" (İspaniya) olub.

UEFA Avropa Liqası, final

18 may

23:00. "Ayntraxt" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:1 (Penaltilər - 5:4)

Qollar: Aribo, 57 (0:1), Borre, 69 (1:1)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Sevilya, "Ramon Sançes Pisxuan" stadionu.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI