Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ-dan sensassion AÇIQLAMA - Qəza qəsdən törədilib

18 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ mətbuatının yazdığına görə, mart ayında China Eastern Airlines-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı xəbərlər təyyarənin qəsdən burun dibinə atıldığını göstərir.

ABŞ rəsmilərinin ilkin qiymətləndirmələrinə əsaslanan hesabatlara görə, müstəntiqlər indiyədək təyyarədə heç bir mexaniki və texniki nasazlıq aşkar etməyiblər.

Boeing 737-800 təyyarəsi Çinin cənubundakı Kunminq və Quançjou şəhərləri arasında uçarkən qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarədə olan 132 sərnişin və ekipaj üzvlərinin hamısı həlak olub.

“The Wall Street Journal” ABŞ rəsmilərinin bəyanatına istinadən “Təyyarə pilot kabinəsində birinin dediyi kimi etdi” sözlərini yazıb.

Qəza yerindən çıxarılan uçuş registratorlarından birinin məlumatları təyyarənin demək olar ki, şaquli dalış vəziyyətinə gətirildiyini göstərir.

ABC News, ABŞ rəsmilərinə istinad edərək qəzanın qəsdən törədildiyi güman edildiyini açıqladı.

Oxşar xəbərlər
OTACI