Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çavuşoğlu: " böhranların həlli üçün çalışırıq"

18 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-da çıxış edən  Türkiyə xarici işlər naziri Çavuşoğlu "Dünya çətin və kritik bir dövrdən keçir,münaqişələr var. Bu münaqişə liderlik tələb edir. Prezidentimizin rəhbərliyi ilə böhranların həlli üçün çalışırıq" deyib.

Press.az xəbər verir ki, Çavuşoğlu Nyu-Yorkda Türk-Amerika icması toplantısı proqramında iştirak edib.

Hansı ölkəyə getməsindən asılı olmayaraq o, ölkədəki türk vətəndaşları, soydaşları və qohumları ilə bir araya gəldiklərini izah edən Çavuşoğlu, iki gün qeyd olunacaq 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə ABŞ-dakı türk ictimaiyyətini təbrik edib.Sonra dünyanın çətin bir dövrdən keçdiyini, qarşıdurma və böhranlarla sarsıldığını bildirən Çavuşoğlu, bu müharibə və qarşıdurmaların təəssüf ki, Türkiyənin yerləşdiyi coğrafiyada baş verdiyini bildirib.

"Belə məqamlarda liderlik mövqeyi və sağlam düşüncə qızıldır. Bu Ukrayna müharibəsində aydın şəkildə özünü göstərdi. Biz bu çətin günlərdə prezidentimizin rəhbərliyi altında fəal və prinsipial xarici siyasətimizlə, həyata keçirdiyimiz siyasətlə yolumuzu davam etdiririk. Bu prosesi izləmək istəsə də, istəməsə də hər kəs tərəfindən görülür. Hər kəs tərəfindən təqdir edilir."

Oxşar xəbərlər
OTACI