Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cayden Sinqh: “Xanımların eyni işə görə kişilərlə bərabər əməkhaqları almalarına önəm veririk”

18 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qadınların resurs mərkəzləri və burada fəaliyyət göstərən qadınlar iqtisadiyyata da dəstək olurlar. USAİD olaraq bizim məqsədimiz qadınların əməyinin qiymətləndirilməsidir”.

Press.az oxu.az-a istinadla xəbər verir ki, USAİD-in Azərbaycan üzrə missiyasının direktoru Cayden Sinqh “SHE 2022” konqresində çıxışı zamanı deyib.

O bildirib ki, qadınların güclü və qərar vermək səlahiyyətində olduğu ölkələrə ictimai-siyasi müstəvidə də güclüdürlər:

“KOBİA və Kənd Təsərrüfatı Nazirliyi ilə bir sıra layihələr həyata keçiririk. Biz bu məsuliyyətli işdə xanımların eyni işə görə kişilərlə bərabər əməkhaqları almalarına önəm veririk. Kreativlik, yaradıcılıq önəmlidir. Masallı rayonunda qadınlar üçün kiçik idman zalı yaradıldı. Pandemiya dövründə fəaliyyəti gözlənilən olmasa da, bu, rəqabət yaratdı. Artıq bir deyil, bir neçə belə mərkəzlər yarandı. Bu da qadınların iqtisadi cəhətdən güclü olmasına təkan verir”.

Oxşar xəbərlər
OTACI