First slide

Azərbaycanda nazir müavininin sevgilisinə görə dava düşdü

17 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbir zamanı Azərbaycanın Mədəniyyət nazirinin müavinlərindən biri ilə ailə dostu arasında dava olub.

Bununla bağlı sözügedən tədbirin iştirakçısı məlumat verib.

Əldə etdiyimiz məlumata görə, dava nazir müavininin münasibətdə olduğu və həmin tədbirdə bərabər iştirak etdiyi xanıma görə baş verib. Belə ki, nazir müavininin ailə dostu olan şəxs sevgilisi olan xanımı sözügedən məclisdə görən zaman, onunla dalaşıb. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb.

Məsələyə polis müdaxilə edəndən sonra, dava ilə bağlı iş Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində araşdırılıb.

Sözügedən şəxslərin adları ilə bağlı hazırda dəqiləşdirmə aparırıq. Yaxın vaxtlarda oxuculara əlavə məlumat veriləcək.

Qeyd edək ki, nazir müavininin sevgilisi olan həmin xanım vaxtı ilə Mədəniyyət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb. Mədəniyyət naziri Anar Kərimov müavininin həmin xanımla qeyri-rəsmi münasibətdə olduğunu öyrənəndən sonra sözügedən xanımı vəzifəsindən azad edib. Hazırda həmin xanım başqa bir dövlət qurumunda çalışır.

//Demokrat.az

Oxşar xəbərlər
Category news

tr_star

24 Jun 2022

OTACI