Futzal üzrə Yüksək Liqanın iddialı komandalarından olan EKOL fəaliyyətini dayandırıb.
Sponsoru SOCAR-ın təmizlik şirkəti olan komandanın maliyyələşməsi kəsilib.
Bu barədə komanda üzvlərinə onlar üçün təşkil edilən görüşdə məlumat verilib.
Qeyd edək ki, 2008-ci ildə yaradılan və 14 ildir çıxış edən EKOL bu mövsüm Yüksək Liqanın gümüş mükafatçısı olub.
//Fanat.Az