Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Jurnalist - Teleaparıcı Tural Ozan İTV-nin Baş direktorluğuna namizədliyini irəli sürdü

17 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İctimai TV İctimai Televiziya və Radio Yayımları şirkətinin Baş dirketorluğuna namizədlərin sənəd qəbulu başa çatıb.

Bu barədə rəsmi məlumatı Azərbaycan Respublikası Audioviziual şurası açıqlayıb. Şuradan bildirilibki İctimai Televiziyanın Baş direktor postuna ölkə üzrə 8 nəfərin namizədliyi təsdiqlənib.

Press.az xəbər verir ki, baş direktor seçimi İTV yayım şurası tərəfindən həyata keçiriləcək.

Baş direktorluğa namizədlərdən biri tanınmış teleaparıcı- jurnalist Tural Ozandır.

O, bu barədə açıqlamasında saytımıza bunları bildirib. "Jurnalistika ,media və televiziya sahəsində uzun illərdir olan təcrübəmi, eyni zamanda ictimaiyyətlə əlaqələr üzrə biliklərimi, siyasi arenada olan təcrübəmi , sosial layihələr üzrə olan bilik bacarıqlarımı, qeyri - hökümət təşkilatları ,eyni zamanda beynəlxalq təşkilatlarda olan həm əmək fəaliyyətimi həm də, əməkdaşlıq çərçivəsində olan təcrübələrimi nəzərə alaraq və bu işdə öz potensialıma güvənərək İctimai TV İctimai Televiziya və Radio Yayımları şirkətinin Baş dirketorluğuna namizədliyimi irəli sürdüm."

Qeyd edək ki , Tural Ozan on iki ildən artıqdir televiziya sahəsindədir. Müxtəlif media layihələrinə rəhbərlik edib.Bundan əlavə nüfuzlu şirkətlərdə Marketinq və İctimaiyyətlə əlaqələr departamentlərinə rəhbərlik edib. 2020 -ci ildə keçirilən Parlament seçkilərində Milli Məclisə millət vəkili seçimləri zamanı müstəqil namizəd kimi iştirak edib.

Oxşar xəbərlər
OTACI