Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rəşad Dağlını kimlər məcbur edib? - “Əvvəllər din üzr istədirdi, indi isə dindarlar...” - VİDEO

16 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Meyxanaçı tənqidin arxasında dura bilmirsə, deməli həmin şəxsin şəxsiyyətlə bağlı problemi var”

Məşhur meyxanaçı Rəşad Dağlı sosial şəbəkədə üzr videosunu paylaşıb. O meyxana bədahətən deyildiyi üçün dindarlara qarşı yanlışa yol verdiyini etiraf edib:

“Masallıda toyların birində meyxanaçı Rəhmanla deyişməmiz olub. Əvvəlki toyların birində Rəhman mənə bir bənd meyxana demişdi, bu toyda da onu xatırlatdı. Mən də ona cavab vermişəm. Sözün bədahətən olmasına görə fikrimi düzgün çatdıra bilməmişəm. Bu da dindarlar arasında haqlı olaraq narazılığa səbəb olub.

Məni tanıyanlar bilir, seyid nəslindənəm, bu yolun tərəfdarıyam, Məşhəd və Kərbəla ziyarətlərində olmuşam, həmişə çalışmışam, dini təbliğ edim. Qardaşlarım bilsinlər ki, heç də həmin tərbiyədə, əxlaqda deyiləm, üzrxahlığımı qəbul etsinlər”

Meyxanaçının dindarlardan üzr istəməsinə ilahiyyatçı-alim Elşad Miri münasibət bildirib. O, bildirib ki, bu məsələyə iki tərəfli yanaşmaq lazımdır: 

“Birincisi həmin meyxanaçının nə dediyi məsələsidir. Çünki nə dediyini bilmirəm. İkinciis, əgər təhqir varsa, buna heç vaxt haqq qazandırmaq mümkün deyil. Tənqid varsa, bu artıq fərqlidir. Bu adam əgər tənqidin arxasında dura bilmirsə, deməli həmin şəxsin şəxsiyyətlə bağlı problemi var.

Digər tərəfdən isə niyə dindarlardan üzr istəyir? Ya onun pulu dindarlardan çıxır,dindarların məclislərə dəvət etməsindən pul qazanır, yaxud qorxur. Bu gün bilmək lazımdır ki, Azərbaycan teokratik bir dövlət deyil. Azərbaycan dünyəvi, sekulyar dövlətdir. Bizdə dövlət dindən ayrıdır. Ona görə də kimdənsə üzr istəməyin heç bir mənası yoxdur”.

İlahiyyatçı vurğulayıb ki, bu yeni bir məsələ deyil, bundan öncə də belə hallara rast gəlinib:

“ Xatırlayırısınızsa, bununla bağlı “Sonuncu Şam Yeməyi” filmini çəkən Əlixan Rəcəbov da üzr istəmişdi. Niyə? Əgər dürüst və düzgünsənsə, elədiyinin arxasında dayanmağı bacarmalısan. Mən həmin şəxsləri müdafiə etdim. Çünki çəkdikləri film tamamilə doğru idi, gözəl tənqid idi. Əslində Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində dilə gətirdiyi məsələni, həmin o film də təkrarlamışdı. Lakin o, C.Məmmədqluzadə ola bilmədi. Yəqin ki, özü bunu istəməyib. Nədənsə çəkinib. Ona görə də bunu nəzərə almaq lazımdır. Eyni məntiqlə, özünü ateist, deist adlandıran insanlar da gəlsinlər dindarlarla bağlı videolar çəksinlər? Elə bil, əvvəllər din üzr istədirdi, indi isə dindarlar üzr istədirlər. Burada həqiqətən ciddi bir paradoks var”.   

//Sherg.az

 

Oxşar xəbərlər
OTACI