Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Afət Fərmanqızı ilə bağlı qətimkan tədbiri seçilə bilər? - Vəkildən AÇIQLAMA + YENİLƏNİB/VİDEO

16 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, Afət Fərmanqızı Flora Kərimova ilə bağlı davam edən məhkəmə prosesində iştirak etmədiyi üçün məhkəməyə məcburi qaydada gətirilməsinə dair vəsatət verilib və onun barəsində axtarış elan olunub.

Bu gün isə müğənni Afət Fərmanqızı hava limanından paylaşım edərək həyat yoldaşının yanına (Rusiyaya) getdiyini bildirib. 

Məhkəmədə iştirak etmədiyi üçün barəsində axtarış elan olunan müğənni ölkəni asanlıqla tərk edə bilərmi? 

Bu barədə açıqlama verən Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə bildirib ki, məhkəmənin məcburi gətirilmə ilə bağlı qərarı icra olunması üçün vaxtında aidiyyəti qurumlara təqdim edilibsə, bu zaman onun ölkədən çıxışı mümkün olmaya bilər: 

“Cinayət Prosessual Məcəlləsinə görə, məhkəməyə məcbur gətirilmə bir sıra hallarda tətbiq edilə bilər. Üzrlü səbəblər olmadan məhkəmədə iştirak etmədikdə, çağırışları almaqdan boyun qaçırdıqda, icra prosesini həyata keçirən orqandan gizləndikdə məhkəmə məcburi qaydada şəxsin məhkəmədə iştirakının təmin edilməsi üçün qərar qəbul edə bilər. 

Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlmədikdə o, məhkəmənin qərarı əsasında məhkəmə iclasına məcburi gətirilə bilər və qanuni əsaslar olduqda barəsində qətimkan tədbiri, məsələn, həbs, polisin nəzarətinə verilmə, başqa yerə getməmə haqqında iltizam tədbiri seçilə bilər və yaxud daha ağırı ilə əvəz edilə bilər. 

Məcburi gətirilmə ilə bağlı qərar məhkəmə tərəfindən icra olunması üçün vaxtında aidiyyəti qurumlara təqdim edilibsə, bu zaman axtarılan şəxs ölkəni asanlıqla tərk edə bilməyəcək. Belə olduğu təqdirdə axtarışda olan şəxs tutulduğu yerdə dərhal saxlanılmalı və məcburi qaydada məhkəmə qarşısına çıxarılmalıdır”. 

14:18

Müğənni Afət Fərmanqızı Azərbaycanı tərk edib.

O, bu barədə sosial şəbəkə hesabında bildirib.

A.Fərmanqızı hava limanından görüntülərini paylaşaraq Rusiyaya, həyat yoldaşının yanına getdiyini deyib:

“Həyat yoldaşımın yanına uçuram. Bəbişimlə uçuram, həkimim bizi gözləyir”.

Qeyd edək ki, Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb. Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı yekun olmayan məhkəmə aktı çıxarılıb.

Akta əsasən, ittiham olunan müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib.

//Oxu.Az

 

Oxşar xəbərlər
OTACI