Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qarabağ” əsrin rekorduna imza atdı

16 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qarabağ” 2021/22 mövsümündə ümumilikdə 100-cü qolunu vurub.

Press.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yubiley topuna Musa Qurbanlı imza atıb. O, Premyer Liqanın XXVII turunun “Səbail”lə səfər qarşılaşmasında (3:0) komandasının ikinci qolunun müəllifi olub.

Qurban Qurbanovun yetirmələri 100-cü qolunu 45-ci matçda vurub. Qol sayını 101-ə çatdıran Ağdam klubu Premyer Liqada 68, ölkə kubokunda 15, Konfrans Liqasında 18 dəfə fərqlənib.

“Qarabağ” həm də çempionatda bir mövsüm ərzində vurulan qol sayında XXI əsrin rekorduna imza atıb. Bunadək “Xəzər Lənkəran” 2004/05, “Qarabağ” 2013/14 və 2015/16 mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI