Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Almaniyada Heydər Əliyevin 99 illiyi münasibətilə beynəlxalq idman yarışı təşkil edilib - FOTO

15 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniyanın Barleben şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə beynəlxalq idman yarışı keçirilib.

Heydər Əliyev adına Dünya Boks Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. 

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Sonra fərqli yaş qrupları üzrə yarışa qatılan müxtəlif ölkələrin idmançılarının  həvəskar boks, peşəkar boks, qılıncoynatma, qol gücü, əyləncəli oyunlar üzrə qarşılaşmasına start verilib.
  
Boks döyüşünün ilk qarşılaşmasında azərbaycanlı gənc idmançı Bəxtiyar İsgəndərzadə rəqibinə qalib gələrək, soydaşlarımızı sevindirib. Qalibə mükafatı DİDK sədri F.Muradov təqdim edib.

Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi Almaniyanın Maqdeburq şəhərində yaşayan soydaşımız Yaşar Niftəliyev Millinits tərəfindən yaradılıb. Komitənin əsas məqsədi dünyada yaşayan azərbaycanlı idmançıları birləşdirmək, idman yarışlarında Azərbaycan Respublikasının üçrəngli bayrağının qaldırılmasına, Dövlət Himninin səsləndirilməsinə nail olmaq, Heydər Əliyevin adını daşıyan dünya kəmərlərini dünyanın ən məşhur kəmərləri sırasına gətirməkdir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI