Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabah hava necə olacaq? - PROQNOZ

15 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Press.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin gündüz saatlarından arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-22° isti, Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Mayın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 5-10° isti olacaq.

Oxşar xəbərlər
OTACI