First slide

"WhatsApp"ın son versiyasında YENİLİK

15 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"WhatsApp" tərtibatçı komandası özündə "Status" ların yaradılması menyusunda bəzi qrafik dəyişiklikləri ehtiva edən yeniləmə buraxı.

Press.az trend-ə istinadən xəbər verir ki, bu barədə WABetaInfo portalı yazıb.

Bildirilir ki, proqramın 2.22.11.13 nömrəli son versiyasında “Statuslar” dərc edilərkən smayliklər, mətn, şrift və mətn fonunun əlavə edilməsi düymələri ekranın yuxarı sağ küncünə köçürülüb. Daha əvvəl bu bu funksiyalar aşağı sol küncdə yerləşdirilirdi.

Bundan əlavə, "statuslar"-ın yaradılması menyusuna sürətli məxfilik parametrləri əlavə edilib. İndi istifadəçilər yerləşdirilən "status"ları kimin görə biləcəyini seçə bilərlər.

“WhatsApp”ın 2.22.11.12 versiyası artıq “Android” əməliyyat sistemi ilə işləyən smartfonlarda messencerin beta-testçiləri üçün əlçatandır. Hazırda messencerin stabil versiyasında yenilənmiş menyunun görünmə vaxtı barədə məlumat yoxdur.

Oxşar xəbərlər
OTACI