Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mahir Emreli bu gün çempion ola bilər

15 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Xorvatiya çempionatında 35-ci tura yekun vurulacaq. 

Press.az fanat.az-a istinadla xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb" turun bağlanış matçında "Şibenik"in qonağı olacaq.

Oyun Bakı vaxtı ilə saat 21:05-də başlayacaq. 

"Mavilər" səfərdən 3 xalla dönməyi bacarsa, son turun nəticəsindən asılı olmayaraq, çempionluğu rəsmiləşdirəcək. Əks halda, çempionun adı mayın 21-də 2-ci yerdə qərarlaşan "Hayduk"la prinsipial görüşdə bəlli olacaq.

Qeyd edək ki, "Dinamo" 73 xalla 1-ci yerdədir. Ötən gün "İstra"nı məğlub edən "Hayduk" isə paytaxt təmsilçisindən 1 xal geri qalır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI