Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Cəsarətimiz dünyanı heyran edir" - Zelenski Ukraynanın “Avroviziya”da qalib olmasından yazdı

15 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi Ukrayna olub.

Press.az pravda.az-a istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bununla bağlı post paylaşıb.

“Cəsarətimiz dünyanı heyran edir, musiqimiz Avropanı fəth edir!

Gələn il Ukrayna “Avroviziya”ya ev sahibliyi edəcək! Tarixində üçüncü dəfədir. Və inanıram - sonuncu deyil.

Biz əlimizdən gələni edəcəyik ki, bir gün “Avroviziya” iştirakçılarını və qonaqlarını Ukraynanın Mariupol şəhərində qəbul edək.

Azad, dinc, yenidən qurulmuş!

“Kaluş” qrupunu qalib edən və bizə səs verən hər kəsə təşəkkür edirik!

Əminəm ki, düşmənlə döyüşdə qələbə akkordumuz uzaqda deyil”, - deyə paylaşımda qeyd olunub.

Oxşar xəbərlər
OTACI