Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Avroviziya-2022”-nin final mərhələsi başladı - CANLI YAYIM

14 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başlayıb.

Press.az xəbər verir ki, yarışmanın final mərhələsində təmsilçimiz Nadir Rüstəmli “Fade to black” mahnısı ilə çıxış edəcək.

O, müsabiqənin ikinci hissəsində, 15-ci nömrə altında ifasını və perfomansını təqdim edəcək.

Qalibiyyət uğrunda Azərbaycanla yanaşı daha 26 ölkənin (İsveç, Litva, Portuqaliya, İslandiya, Ermənistan, Norveç, Yunanıstan, Moldova, Hollandiya, Ukrayna, İsveç, Litva, Portuqaliya, İslandiya, Ermənistan, Norveç, Yunanıstan, Moldova, Hollandiya və Ukrayna) təmsilçisi mübarizə aparacaq.

“Böyük beşlik” ölkələri – Almaniya, Böyük Britaniya, İspaniya, Fransa və İtaliya seçmə mərhələlərdə iştirak etmir. Bu ölkələr avtomatik olaraq müsabiqənin finalına çıxırlar.

Birinci və ikinci yarımfinal mərhələsindən fərqli olaraq səslər 50/50 bölünəcək. 50 faiz səs SMS-lə, qalan 50 faiz isə münsiflərin verəcəyi ballarla müəyyənləşəcək.

Azərbaycan ərazisində yaşayanlar təmsilçimizə səs verə bilməzlər. Yalnız xaricdə yaşayan həmyerlilərimiz səsverməyə qoşula bilər.

Xatırladaq ki, Azərbaycandan olan səsverməni elan edəcək şəxs isə "İTV Xəbər"in aparıcısı Nərmin Salmanovadır.

Aparıcı yarışmanın qaydalarına əsasən, final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.

Qeyd edək ki, şüarı "The Sound of Beauty"dir ("Gözəlliyin Səsi") olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə tanınmış müğənni-bəstəkar Murad Arifdir.

 

Oxşar xəbərlər
OTACI