Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhriyar Məmmədyarov Levon Aronyanla heç-heçə etdi

14 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour” seriyasının ilk mərhələsi olan "Superbet Chess Classic” şahmat turnirinin 9-cu turunun oyunları keçirilib.

Press.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov son turda ABŞ təmsilçisi Levon Aronyanla üz-üzə gəlib.

Qara fiqurlarla mübarizə aparan şahmatçımızın qarşılaşması heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Ş.Məmmədyarov turnirdə 3,5 xal toplayıb. Belə ki, qrossmeysterimiz əvvəlki turlarda Yan Nepomnyaşiyə (FIDE) qalib gəlib, ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və Leyner Domingesə uduzub, macarıstanlı Riçard Rapport, Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Daniel-Deak (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib.

Dairəvi sistem üzrə təşkil olunan turnirin ümumi mükafat fondu 350 min ABŞ dollarıdır.

Xatırladaq ki, Ş.Məmmədyarov 2021-ci ildə keçirilmiş "Superbet Chess Classic” turnirinin qalibi olub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI