AFFA-nın təşkil etdiyi Region Liqasında ilk yarımfinal oyunu keçirilib.
Press.az xəbər verir ki, ASK Arenada "Cəbrayıl" və "Qusar" komandaları üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn "Cəbrayıl" finala yüksəlib.
Digər finalçının adı sabah keçiriləcək "Xan Lənkəran" - "Araz Naxçıvan" görüşündən sonra dəqiqləşəcək.
Qeyd edək ki, Region Liqasının final qarşılaşması mayın 20-də Şamaxı şəhər stadionunda olacaq. Oyun saat 16:00-da başlayacaq.