Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

KTMT ölkələri nəyi müzakirə edəcək?

14 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İki aydan çoxdur Ukraynada işğalçı müharibə aparan Rusiya heç cür istədiklərini əldə edə bilmir. Hərbi əməliyyatların bir neçə günə yekunlaşacağını gözləyən Kremlin ümidləri boşa çıxır. Vaxt uzandıqca isə Rusiya iqtisadiyyatının təməli sarsılır. Bütün bunlara nəzərə alan Moskva yeni addımlar atmaq niyyətindədir.

Belə ki, mayın 16-da Moskvada Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçiriləcək. İclasda bir çox məsələlərin müzakirə olunacağı gözlənilir.

KTMT ölkələrinin bu sammitində hansı məsələlər müzakirə olunacaq?

Mövzu ilə bağlı sualları politoloq Oqtay Qasımov cavablandırıb. O bildirib ki, KTMT ölkələrinin təcili şəkildə toplanmasının əsas səbəbi İsveç və Finlandiyanın NATO-yaz üzvlük üçün müraciət etməsidir:

“Təşkilata üzv olan dövlətlərin təcili toplantısı baş tutursa, hər halda ortada ciddi səbəb var. Görüşün təşəbbüskarı Rusiyadır. Şimal qonşumuz hazırda bir sıra beynəlxalq problemlərlə üzləşib. Ukraynanın ərazisinə hücum etdiyinə görə, Kreml ciddi sanksiyalardan əziyyət çəkir. Güman edirəm ki, KTMT ölkələrinin təcili şəkildə toplanmasının əsas səbəbi İsveç və Finlandiyanın NATO-yaz üzvlük üçün müraciət etməsidir. Soyuq müharibədən sonra Finlandiya və İsveç bitərəfliklərini qoruyub saxlayaraq alyansa qatılmayıb. İndi Ukrayna müharibəsinin qızışdığı bir dövrdə Finlandiya və İsveç öz ölkələrinə ciddi təhdid olduğunu düşünür. Bu ölkələrin parlamentləri məsələni müzakirə etdi və hər iki ölkə NATO-ya üzv olmaq istəyir. NATO da bu məsələyə müsbət yanaşır. NATO-ya üzv olan ölkələr bu müraciətlərə müsbət cavab verəcəyini açıqlayıb”.

Politoloq fikirlərinə belə davam edib:

“KTMT ölkələrinin iclasında ilk növbədə məhz bu məsələ müzakirəyə çıxarılacaq. Görüşün keçirilməsində digər səbəblərdən biri də Rusiyanın Ukrayna müharibəsində öz istəyinə nail ola bilməməsidir. Putin Ukraynada bataqlığa düşüb və çıxa bilmir. Sammitdə bu və gündəlikdə olan digər vacib məsələlərin müzakirə ediləcəyini düşünürəm”.

//KPNKRET.az

Oxşar xəbərlər
OTACI