Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazir polkovnik-leytenanta DYP-də yüksək vəzifə verdi

14 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində yeni təyinatla bağlı daha bir əmr imzalayıb. Nazirin əmrinə əsasən Baş Dövlət Yol Polisi İdarəsinin rəisinə yeni müavin təyin olunub. Belə ki, polis polkovnik-leytenantı Pərvin Səfərəliyev BDYPİ-nin rəis müavini təyin edilib. Qeyd edək ki, buna qədər o, İdarənin Yol Patrul Xidməti Alayının komandir müavini vəzifəsində çalışıb. Keçmiş rəis müavini, polkovnik-leytenant Namidan Piriyev tutduğu vəzifədən azad olunaraq DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə rəis təyin edilib.

//Avtosfer.az

Oxşar xəbərlər
OTACI