Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çin gəmiləri mübahisəli sulara daxil oldu - Yaponiyadan XƏBƏRDARLIQ

14 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çin Dəniz Polisinin 4 patrul gəmisi Şərqi Çin dənizində ÇXR-in iddia etdiyi mübahisəli Yapon Senkaku (Diaoyu) adaları yaxınlığındakı əraziyə daxil olub.

Yaponiya Dəniz Təhlükəsizliyi İdarəsinin Çin gəmilərinə zonanı tərk etməyi tələb edən xəbərdarlıq göndərdiyi bildirilir.

Senkaku adaları Pekin və Tokio arasında mübahisə obyektdir. İkinci Dünya müharibəsindən sonra ABŞ-ın nəzarətində olan adalar 1972-ci ildə Yaponiyaya təhvil verilib. Çin tərəfi Yaponiyanın bu zonanı qeyri-qanuni əlində saxladığını iddia edir.

Yaponiya da öz növbəsində qeyd edir ki, ÇXR bu əraziyə 1970-ci illərdə, bu bölgənin akvatoriyası faydalı qazıntılarla zəngin olduğuna görə iddia etməyə başlayıb. 2012-ci ildə Yaponiya hökuməti beş adadan üçünü xüsusi mülkiyyətçidən aldıqdan və dövlət statusunu vurğuladıqdan sonra mübahisə daha da kəskinləşib.

Aprelin 18-də Çinin Şərqi Çin dənizindəki mübahisəli adalar ətrafında mövcudluğunu artırmasından sonra Yaponiyanın bu ərazilərin müdafiəsini genişləndirəcəyi bildirilmişdi. Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin (QSDF) qərargah rəisi general Yoşihide Yoşidanın sözlərinə görə, əraziyə iddialı olan düşmənlərə güclü siqnal göndərmək üçün əlavə müdafiə qüvvələrinin genişləndirilməsi zəruridir.//oxu.az

Oxşar xəbərlər
OTACI