Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün vaxtını açıqladı

14 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniya Bundestaqında Xristian Sosial Birliyinin (CSU) torpaq qrupunun rəhbəri Aleksandr Dobrindt Ukraynaya Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusunun verilməsinin lehinə çıxsa da, lakin prosesin uzun davam edə biləcəyini də istisna etməyib.

Press.az ölkə.az-a istinadla xəbər verir ki, bu barədə Aleksandr Dobrindt “Augsburger Allgemeine” qəzetinə açıqlamasında deyib.

“Əgər Ukrayna Aİ üzvlüyünə namizəd statusu almaq istəyirsə, biz bunu dəstəkləyirik”, - deyə o bildirib. Bununla belə siyasətçi qeyd edib ki, Aİ-də ölkələrin qəbulu ilə bağlı sürətləndirilmiş prosedur yoxdur, çünki proses “illərlə və hətta onillərlə uzana bilər”.

Dobrindt əlavə edib ki, Aİ-yə üzv olmaq üçün ölkədə fundamental struktur dəyişikliklərinə ehtiyac var. 

Oxşar xəbərlər
OTACI