Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mədəaltı vəzi dərmansız xilas etməyin yolları

14 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mədəaltı vəz çox incə, mürəkkəb bir orqandır, çox zaman qəfildən, gözlənilmədən sıradan çıxır, əgər ağrıdısa, deməli, vəziyyət ən ağır mərhələdədir.

Press.az bakupost-a istinadla xəbər verir ki, hepatoloq, qastroenteroloq Sergey Vyalov kəskin pankretitə yol verməmək üçün tövsiyələr verib.

"Pankreatit kiçik vəzin nekrozlaşan, yəni ölən sahəsidir. Bu qaraciyərin sirrozuna bənzəyir. Ölmüş hissə bir daha bərpa olunmur. Bu mərhələyə qədər xəstə heç nə hiss etmir.

Bir balaca ağrı, ağırlıq, həzmsizlik olur, yedikləri həzm olmur, ağır qidaları çətin həzm edir, hər şeyi mədədən bilir.

Mədəaltı vəzin dağılması 10 il çəkə bilər. Onun sağlamlığının qeydinə gənclik illərindən qalmaq lazımdır.

Siqaret, lazımsız dərmanlar, içkilər - onu hüceyrə səviyyəsində məhv edir. Artıq çəki, piylənmə, ayaqüstü qidalanma, aşırı yağlı qidalar risk yaradır.

Mədəaltı vəzidə problem, ferment yetməzliyi yarandısa, xəstə ömrünün sonuna qədər yüksək dozalarda ferment preparatları içməlidir. Bu da baha başa gəlir.

Ümimiyyətlə, pankreatitin müalicəsi çətindir, bəzən mümkün deyil. Mədəaltı vəz yeganə orqandır ki, transplantasiyası bizdə yoxdur".

Oxşar xəbərlər
OTACI