Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu gün İlham Əliyev və Ərdoğan arasında görüş olacaq

14 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq.

Press.az ölkə.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Görüş Türkiyənin Rizə şəhərində keçiriləcək. Dövlət başçıları Rizə-Artvin hava limanının açılış mərasimində iştirak etdikdən sonra bir araya gələcəklər.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək. Azərbaycan və Türkiyə prezidentləri Rizə-Artvin hava limanının açılış mərasimində iştirak edəcək. Hava limanına ilk enişi İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təyyarələri edəcək.

Oxşar xəbərlər
OTACI