Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tanınmış aparıcı uşaqlar üçün nağıl oxudu - FOTOLAR

13 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tanınmış aparıcı Azər Süleymanlı uşaqlar üçün nağıl oxudu.

Press.az xəbər verir ki, "Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək" İB-nin və "Bakı Kitab Mərkəzi"nin təşəbbüsü ilə 13 May tarixində eşitmə məhdudiyyətli uşaqlar və eşitməsində heç bir məhdudiyyət olmayan uşaqlar üçün inkluziv “Oxu saatı” keçirilib.

Bu dəfəki fəxri qonaq isə İTV-nin teleaparıcısı Azər Süleymanlı olub. O, uşaqlara bir neçə nağıl oxuyub.

Nağılları jest dilinə tərcüməni isə "Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək" İB-nin rəhbəri, jest dili təlimçisi və tərcüməçisi Şamil Sabirzadə edib.

Oxşar xəbərlər
OTACI