Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qvardiola: "Məşq etmək imkanımız yoxdur"

13 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola sıx oyun qrafikindən narazıdır. 

Press.az xəbər verir ki, mütəxəssis bu barədə "Manchester Evening News"a danışıb. O deyib: 

"Kaş ki, yaxşı gündə sevinməyə, pis gündə kədərlənməyə daha çox vaxtım olsa. Bizim ard-arda matçlarımız var.  Bir mövsümdən sonra Çempionlar Liqasında daha çox komanda olacaq .Daha çox oyun, daha çox turnir... İlin 365 günü heç nə dəyişmir. Mən hiss edirəm ki, hər şey daha da pisləşəcək. Həddindən artıq çox oyun olacaq. Qələbədən həzz almağa, oyunu daha yaxşı təhlil etməyə, daha yaxşı məşq etməyə vaxtım yoxdur. Bunun üçün imkanımız yoxdur.  Mövsümün sonunda isə futbolçuları milli komandalarda dörd oyun gözləyir. Sonra tətil olacaq və hər şey əvvəldən başlayacaq, 11 ay ərzində hər üç gündən bir matça çıxırıq. Bu hədindən artıq çoxdur. Oyunların sayı artdıqca işlər daha da pisləşəcək. Məşq etmək üçün heç bir yol yoxdur”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI