Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Özünü Qarabağ qazisi kimi təqdim edən şəxs İFŞA OLUNDU - Hadisənin detallarını saxtalaşdırıb - VİDEO

13 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bir neçə gün əvvəl KİV-də özünü Qarabağ qazisi kimi təqdim edən Ceyhun Məhərrəmovun müxtəlif şəxslər tərəfindən hücuma məruz qalması ilə bağlı xəbərlər yayıldı. Hadisə barədə şikayətçi Zaur Abdullayev tərəfindən saytımıza müraciət ünvanlanıb:

“Ceyhun Məhərrəmovun saytlara verdiyi bütün məlumat o, cümlədən özünü Qarabağ qazisi kimi qələmə verməsi həqiqətə uyğun deyil. Həmin şəxs törətdiyi cinayətini ört basdır etmək, hüquq mühafizə orqanlarının işinə kölgə salmaq və cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi güdür.

Onu uzun müddətdir ki, tanıyıram və eyni binada yaşayırıq. Ceyhunun 1980-cı  (42 yaş) təvvəllüdlü olmasını və 44 günlük müharibədə iştirak etmədiyini dəqiq bilirəm. Yaşını nəzərə alsaq isə birinci Qarabağ müharibəsində iştirakı belə qeyri-mümkündür.”

Zaur Abdullayev bildirib ki, binanın həyətində qonşular və dostları ilə birlikdə Ramazan bayramını qeyd edən zaman Ceyhun Məhərrəmov özündən yaşca böyük olan, 54 yaşlı Faiq Abdullayevə nalayiq ifadələr işlədib, müxtəlif bədən xəsarətləri yetirib və hər iki əlində bıçaqla onlara hücum edib. Məlumata görə videoda görünən bütün şəxslər bayramı qeyd edən bina sakinləri olub. 

“Onu da deyim ki, mən sensasiyalı cinayət hadisəsinin əsas fiquru Aqil Babayevin barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışam. Lakin həmin cinayət işi üzrə Ceyhunun şahid və yaxud digər qismdə iştirakından ümumiyyətlə məlumatımız yoxdur. Ceyhun Məhərrəmov planlı şəkildə cinayət hadisəsi törətdikdən sonra bir qrup şəxslə hadisə yerini dağıtmaqla saxtalaşdırmışdır. Həqiqətə uyğun olmayan məlumatları isə saytlarda və sosial şəbəkələrdə paylaşaraq, ictimayətə aldadıb.”

Şikayətçinin sözlərinə görə, Ceyhun Məhərrəmov cinayət əməllərinə don geyindirən, ona himayədarlıq edən və hadisə yerində olan DİN-nin zabiti İsgəndərov Elmir İsgəndər oğludur. Və həmin şəxs vəzifəsindən sui-istifadə edərək polis adına yaraşmayan qanunsuz hərəkətlər edərək, Zaur Abdullayevə zəng edib, hədə-qorxu gəlmişdir. 

Həmçinin, A.Zaur bildirib ki, M.Ceyununun cinayət əməli nəticəsində ona və bina sakinlərinə maddi ziyan vurulması ilə bağlı, eyni zamanda Elmir İsgəndərovdan DİN-nin rəhbərliyinə şikayət ərizələri ünvanlanmışdır. 

///İqtisadiyyat.az

 

Oxşar xəbərlər
OTACI